“The Washington Post”un yazarı Tissen ABŞ prezidenti Co Baydenin yenidən prezident seçilmək üçün namizədliyini verməsini 2023-cü ildəki ən pis qərarı adlandırıb.
Qaziler.az "Reuters"ə istinadla bildirir ki, Thiessen, bu il ərzində siyasətçinin ən pis 10 qərarının siyahısını tərtib edib.
Thiessen Baydenin son bir ildəki ikinci ən böyük səhvinin Ukraynaya hərbi yardımı çatdırmağı gecikdirməsi olduğunu qeyd edib. Üçüncü yeri isə blokun müttəfiqlərinə təzyiq göstərməklə Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almaq olub. Ən pis səhvlər sıralamasında dördüncü yerdə sərhəddə mühacir axını ilə bağlı vəziyyətin pisləşməsinə yol verilib. Beşinci yerdə Amerika əsgərlərinə hücum edən İranın cəzasız qalması, altıncı yerdə Çin şarının ABŞ ərazisi üzərində uçmasına icazə verilməsi, yeddinci yerdə isə solçular arasında antisemitizmin öhdəsindən gəlmək üçün uğursuz cəhd və İsraillə HƏMAS arasında müharibə göstərilib.
QAZİLER.AZ