Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkada (Donetsk vilayətində şəhər) yerləşən ön cəbhə xəttinə gələrək oradan “Telegram” kanalında videomüraciət yayımlayıb.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Zelenskinin yazdığına görə, o, cəbhənin ən çətin sahələrindən birində 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın istehkamlarına baş çəkib. Ukrayna prezidentinin arxasında isə ərazinin adı yazılmış lövhə olub və arxa planda tək-tək atışma və ya partlayış səsləri eşidilib.
Ukrayna liderinin sözlərinə görə, o, komandanlıqla müdafiə vəziyyətini və ordunun əsas ehtiyaclarını müzakirə edib. Bundan əlavə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı döyüşçülərinə dövlət mükafatlarını təqdim edib.
QAZİLER.AZ