Çin parlamenti ölkənin Müdafiə Nazirliyinin yeni rəhbərini - Çin Xalq Azadlıq Ordusunun (AXO) Hərbi Dəniz Qüvvələrinin baş komandanı Donq Yunu təyin edib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 29-da Reuters agentliyi məlumat yayıb.
Qərar Pekində keçirilən 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÇXP, Çin parlamentinin orqanı - Red.) Daimi Komitəsinin 7-ci sessiyası zamanı hərbi idarə rəisi, əvvəlki müdafiə naziri Li Şanfunun vəzifəsindən kənarlaşdırıldığı elan edildikdən iki aydan çox müddət sonra qəbul edilib.
Admiral Donq Yun 2021-ci ildən Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsində çalışır.
QAZİLER.AZ