Suriyada İran generalı öldürülüb. APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, general Hüseyn Həmədani Hələb yaxınlığında İŞİD-lə döyüş zamanı qətlə yetirilib.
Hüseyn Həmədaninin 2005-ci ildən İranın elit hərbi qüvvələrinin baş komandanı olduğu deyilir.Məlumata görə, ötən həftədən Suriyanın şimal-qərbində İran hərbçiləri görünməyə başlayıblar. Tehran isə bu xəbəri təkzib edir.