Suriyanın Hələb şəhərindəki bazarların birində baş verən partlayış nəticəsində 30 nəfər hadisə yerində həyatını itirib. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, uzaqdan idarəolunan bomba yüklənmiş avtomobil bazarda park edilibmiş.
Partlayış zamanı yaralanan 15 nəfərdən vəziyyəti ağır olan 5 nəfər Türkiyənin Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Yerli mənbələr bomba yüklü maşınla edilən hücumu İŞİD-in törətdiyi barədə məlumat yayıb.