Almaniya 7 oktyabrdan sonra antisemitizm cinayətlərinin artdığını bildirdi

Almaniya 7 oktyabrdan sonra antisemitizm cinayətlərinin artdığını bildirdi backend

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Almaniyada antisemitizm xarakterli cinayətlərin sayı xeyli artıb.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 29-da ölkənin Federal Kriminal Polis İdarəsinə istinadən "Die Welt" nəşri məlumat verib.

Belə ki, idarənin məlumatına görə, oktyabrın 7-dən dekabrın 21-dək Almaniyada 1,1 mindən çox siyasi motivli cinayət qeydə alınıb - bu, ilin ilk üç rübünün hər hansı biri ilə müqayisədə təxminən iki dəfə çoxdur. Söhbət ilk növbədə maddi ziyandan, üsyana təhrikdən gedir.

Qeyd olunur ki, bu məlumatlar yalnız Yaxın Şərq münaqişəsinin gərginləşməsi ilə bağlı cinayətlərə aiddir. Və bütün ötən il ərzində ümumilikdə 2,9 minə yaxın antisemit cinayəti, o cümlədən 88 zorakılıq aktı qeydə alınıb.

QAZİLER.AZ

Diaspora