Pakistanda Yeni il şənlikləri qadağan edildi

Pakistanda Yeni il şənlikləri qadağan edildi backend

Pakistanın müvəqqəti hökumətinin başçısı Ənvar-ül-Haqq Kakar Qəzza əhalisi ilə həmrəylik əlaməti olaraq ölkədə Yeni il şənliklərinin tam qadağan edildiyini açıqlayıb.

Kakar xalqa müraciətində Fələstindəki vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib.

Müvəqqəti Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, oktyabrın əvvəlindən bu yana 9 mini uşaq olmaqla, 21 mindən çox fələstinli öldürülüb.

Kakar əlavə edib ki, Pakistan hər bir mövcud qlobal forumda Fələstin xalqının ağır vəziyyətini gündəmə gətirib və Qəzzada axan qanı dayandırmaq üçün gələcəkdə də bunu davam etdirəcək.

Mənbə: TASS 

Diaspora