Təyyarə istehsalçısı “Boeing” yeni 737 MAX təyyarələrini uçuran şirkətləri təyyarələri mümkün boşluqlara görə diqqətlə yoxlamağa çağırıb.
Qaziler.az bildirir ki, “Reuters”in ABŞ Federal Aviasiya Administrasiyasına istinadən verdiyi məlumata görə, sükan idarəetmə sisteminə xüsusi diqqət yetirilməlidir.
Mülki Aviasiya İdarəsi “Boeing 737 MAX-“n məqsədyönlü təftişlərini yaxından izlədiyini, boş və ya çatışmayan avadanlıq aşkar edilərsə, əlavə tədbirlər görəcəyini söyləyib.
Qeyd edək ki, 2023-cü ilin fevralında “Boeing” “787 Dreamliner” təyyarəsinin gövdəsində yaranan problemlərə görə tədarükünü dayandırıb. Daha sonra həmin qüsur Federal Aviasiya Administrasiyası tərəfindən də müəyyən edilib.
QAZİLER.AZ