Liberiyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı artdı

Liberiyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı artdı backend

Dekabrın 26-da Afrikanın qərbində yerləsən Liberiyada yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Liberiya İctimai Səhiyyə İdarəsinin direktoru Dr. Frensis Kateh mətbuata verdiyi açıqlamada tankerin partlaması nəticəsində ölənlərin sayının artdığı barədə məlumat paylaşıb.

Kateh ölkənin Bong bölgəsində hərəkət edən yanacaq tankerinin yoldan çıxaraq aşması nəticəsində ölənlərin sayının 40-a yüksəldiyini bildirib.

Partlayış nəticəsində çoxlu sayda insan, o cümlədən uşaqlar və qadınlar yaralanıb.

Müalicə altında olanlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən Kateh, tibb işçilərinin evləri gəzərək yaralıların şəxsiyyətini müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.

 

QAZİLER.AZ

Diaspora