MİT keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin Suriyanın Qamışlı bölgəsindəki sözdə liderlərindən olan Eymen Kolini zərərsizləşdirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, əvvəllər sərhəddə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil edən şəxslər arasında olduğu üçün MİT-in hədəf siyahısında olan Eymen Kolinin Suriyadakı PKK-nın yüksək səviyyəli rəsmilərindən biri olduğu müəyyənləşib.
Alınan kəşfiyyat məlumatı ilə Eymen Kolinin hərəkətləri addım-addım izlənilməyə başlandı. Uyğun şəraitdə həyata keçirilən uğurlu əməliyyatla terrorçu zərərsizləşdirilib.
QAZİLER.AZ