Argentinada prezidentin islahatları ilə bağlı növbəti etiraz aksiyaları keçirilib

Argentinada prezidentin islahatları ilə bağlı növbəti etiraz aksiyaları keçirilib backend

Argentinanın yeni prezidenti Xavyer Mileyin islahatlarına qarşı növbəti etiraz aksiyası Buenos-Ayresdə keçirilib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, dekabrın 27-də "Buenos Aires Herald" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, aksiya çərçivəsində həmkarlar ittifaqları və ictimai hərəkatların üzvləri şəhərin mərkəzindəki milli məhkəmənin binasına doğru yürüş ediblər.

Etirazın əsas təşkilatçısı bir gün əvvəl Mileyin islahatlarla bağlı fərmanının ləğv edilməsini və konstitusiyaya zidd elan edilməsini tələb edən Ümumi Əmək Konfederasiyası olub.

Qeyd olunur ki, Argentina prezident administrasiyasının sərt tədbirlərlə mitinqlərin qarşısını almaq cəhdlərinə baxmayaraq, yürüş baş tutub.

QAZİLER.AZ

Diaspora