ABŞ-da bir kafedə turistlərə hücum edən şəxs "bütün ağdərililər ölsün" deyə qışqırıb

ABŞ-da bir kafedə turistlərə hücum edən şəxs "bütün ağdərililər ölsün" deyə qışqırıb backend

ABŞ-da bir kişi irqi nifrət zəminində iki turist qıza bıçaqla hücum edib.

Qaziler.az bildirir ki, "ABC 7 New York" təfərrüatları paylaşır.

Mənbənin sözlərinə görə, 14 və 16 yaşlı iki bacı Milad bayramını Nyu Yorkda qeyd etmək üçün ailələri ilə Cənubi Amerikadan gəliblər. Dekabrın 25-də səhər saatlarında səyahətçilər şəhərin Mərkəzi Vağzalında kafedə dincələn zaman qəzəbli kişinin hücumuna məruz qalıb.

Hücum edən şəxsin turistlərin yanında oturmasına icazə verilmədiyi üçün müəssisənin əməkdaşlarına qəzəbləndiyi dəqiqləşir. O, bıçağı çıxarıb qızlara bir neçə dəfə bıçaq zərbəsi vuraraq: “Mən bütün ağdərililərin ölməsini istəyirəm”, - deyə qışqırıb.

Zərərçəkənlərdən biri bud nahiyəsindən yaralanıb, ikincinin kürəyindən bıçaqlandığı bildirilir. Hər ikisi yerli xəstəxanaya çatdırılıb və hazırda həyatları üçün təhlükə yoxdur.

Portalın məlumatına görə, polis dərhal hadisə yerinə gəlib və hücum edən şəxs təslim olub.

Saxlanılan şəxs əvvəllər 17 dəfə həbs edilmiş 36 yaşlı Stiven Hatçersondur. Bu dəfə o, irqi nifrət zəminində hücum və adam öldürməyə cəhddə ittiham olunub.

QAZİLER.AZ

 

Diaspora