Hollivud aktyoru Arnold Şvartseneggerin oğlu sevgilisi Ebbi Çempion ilə evlənir.
Qaziler.az xəbər verir ki, Patrik Şvartsenegger bu xəbəri sosial şəbəkələrdə paylaşaraq, çimərlikdə modelə necə evlənmək təklif etdiyini göstərib.
"Əbədi", - deyə iş adamı şəxsi bloqunda romantik fotolar paylaşaraq yazıb.
Cütlük səkkiz ildir ki birlikdədir. 2022-ci ildə Şvartsenegger və Çempion "Vogue" jurnalı üçün poza veriblər. Model ağ geyimdə olduğu üçün fanatları sevgililərin gizli evləndiyinə qərar veriblər. Lakin onlar bu fərziyyələri rədd ediblər. Aktyorun oğlu vurğulayıb ki, Ebbi çoxdan onun üçün əziz birisi olub və bundan sonrakı həyatını onunla keçirməyə hazırdır.
QAZİLER.AZ