NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya Alyansa üzv ölkələrin həmkarları ilə bir masa arxasında əyləşməyə icazə verib.
Qaziler.az bildirir ki, məlumatı “Reuters” yayıb. Bildirilib ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özü danışıb.
Diplomatın sözlərinə görə, söhbət Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin noyabr görüşündən gedir. Görüş Belçikanın paytaxtında baş tutub.
O qeyd edib ki, əvvəlcə Kiyev təmsilçiləri təşkilat rəhbərinin yanında qonaq qismində əyləşiblər. Bununla əlaqədar olaraq, görüş zamanı ukraynalı nazir lazımi yerə gedib, lakin Stoltenberq tərəfindən dayandırılıb.
Kulebanın dediyi kimi, NATO-nun baş katibi onu əli ilə beynəlxalq struktura üzv ölkələrin nazirləri ilə masaya tərəf göstərib və onların arasında yer almağa dəvət edib. Nəticədə xarici siyasət idarəsinin rəhbəri Türkiyədən və Böyük Britaniyadan olan həmkarları arasında oturub.
"Sənin yerin indi oradadır, Dmitri, sən indi bizimlə bərabərsən", - deyə Kuleba Stoltenberqdən sitat gətirib.
QAZİLER.AZ