Afrika və Latın Amerikası ölkələri Rusiya neftini almaqda maraqlıdırlar.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalında deyib. O əlavə edib ki, əsas tərəfdaşlara çatdırılma yeni logistika marşrutları, o cümlədən Şimal dəniz marşrutundan istifadə etməklə davam edir.
“Bizdən Rusiya neftini və neft məhsullarını almaq istəyənlər çoxdur. Bunlar Latın Amerikası ölkələri, Afrika ölkələri və Asiya-Sakit okean regionunun digər ölkələridir”, - Novak bildirib.
Baş nazirin müavini qeyd edib ki, 2023-cü ildə Rusiya Şimal dəniz yolu ilə 1,5 milyon ton neft nəql edib.
QAZİLER.AZ