Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Armiya v çifrax - 2023” hesabatına əsasən, qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılan vətəndaşların sayı 302 503 nəfər təşkil etdiyini açıqlayıb.
Qaziler.az RBK-ya istinadla xəbər verir ki, xidmətə çağırılanların 3,6%-i heç vaxt orduda olmayıb. Bundan əlavə, hesabatda səfərbər olunanların ailə vəziyyəti ilə bağlı dəqiq məlumatlar da verilib.
İdarənin məlumatına görə, 33 min səfərbər edilmiş gənclər hərbi komissarlığa çağırış gözləmədən gəlib.
Nazirlik hesabatda səfərbər edilmiş vətəndaşların orta portretini də təqdim edib. Bu, orta və orta ixtisas təhsilli, 35 yaşlı kişilərdir. Səfərbər olunanların 7 faizi ali təhsil alıb. Həmçinin qeyd olunub ki, hərbi xidmətə çağırılanların 57 faizi ailəlidir, səfərbər olanların 31 faizinin bir uşağı, 0,3 faizinin isə üç uşağı var.
QAZİLER.AZ