Almaniyanın qərbindəki Vezel şəhərində polis Köln kilsəsinə hücuma hazırlaşan şübhəli şəxsi saxlayıb.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, şəhərdəki mənzillərdən birində axtarış aparılıb, nəticədə beş nəfər saxlanılıb, onlardan dördü daha sonra sərbəst buraxılıb. Tacikistan vətəndaşı təhlükəsizlik məqsədilə həbsdə qalıb, çünki polisdə onun haqqında dövlət təhlükəsizliyinə aid olan məlumatlar olub.
Oberhauzen Rayon Məhkəməsindən bildirilib ki, şübhəli yanvarın 7-dək həbsdə qalacaq.
QAZİLER.AZ