Türkiyənin İsveç qərarı ilə bağlı ABŞ-dan ilk AÇIQLAMA

Türkiyənin İsveç qərarı ilə bağlı ABŞ-dan ilk  AÇIQLAMA backend

İsveçin NATO-ya üzvlüyü ilə bağlı kritik irəliləyişlər olsa da, ABŞ İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisində qəbul edilməsini alqışladığını və Baydenin F-16-ların Türkiyəyə satışına açıq dəstəyinin davam etdiyini bildirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı üzvlük protokolunu təsdiqləməsini alqışlayıb.

Qərarla bağlı ABŞ açıqlama verib.

ABŞ İsveçin NATO-ya üzvlüklə bağlı Türkiyə Böyük Millət Məclisində komissiyadan keçməsi təklifini alqışladığını və Baydenin Türkiyəyə F-16 satışına açıq dəstəyinin davam etdiyini bildirib.

Xatırladaq ki, Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı üzvlük protokolunu təsdiqləyib.

Məlumata görə, bu barədə qərar çərşənbə axşamı keçirilən iclasda qəbul edilib.

İndi sənəd Parlamentin Baş Assambleyasında səsverməyə çıxarılacaq. Səsvermənin keçiriləcəyi tarix isə hələ məlum deyil.

QAZİLER.AZ

 

Diaspora