Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyinin sammitində bildirib.
Belə ki, Rusiyanın planlaşdırılan bütün nüvə silahlarının Belarusa çatdırılıb-çatdırılmaması ilə bağlı sualı cavablandıran Lukaşenko müsbət cavab verib.
"Çoxdandır. Mən axı tədarükün nə vaxt bitdiyini demişəm. Fikrimcə, sentyabrda və ya oktyabrda. Oktyabrın əvvəlində sonuncusu... Hər şey öz yerində, yaxşı vəziyyətdədir", - Belarus prezidenti bildirib.
QAZİLER.AZ