Ukraynanın yaxın gələcəkdə Qara dənizə çıxışını itirmək riski var.
Qaziler.az xəbər verir ki, bu fikirləri polşalı ekspert Yaçek Bartosyak deyib.
Onun sözlərinə görə, ölkənin silahlı qüvvələri lazımi miqdarda sursat almır, onsuz döyüş əməliyyatlarının davam etdirilməsi isə mümkün deyil. Ekspert hesab edir ki, Ukraynanın müttəfiqləri sadəcə olaraq ehtiyatlarını tükəndiriblər.
“Eyni zamanda, Moskva öz məqsədinə çata və Ukraynanı Qara dənizdən keçən ticarət yollarından kəsə bilər. Mən gözləyirəm... Ukraynanın lazımi qədər sursat almadığına dair getdikcə daha aydın sübutlar var və Qərbdə sadəcə olaraq bu sursat tükənmək üzrədir”, - Bartosyak deyib.
QAZİLER.AZ