Qazaxıstan xüsusi təyinatlıların gücünü artırır

Qazaxıstan xüsusi təyinatlıların gücünü artırır backend

Qazaxıstan Müdafiə Nazirliyi dünyada yaranmış vəziyyətlə əlaqədar xüsusi əməliyyat qüvvələrinin inkişaf etdirilməsi planlarını açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə TASS-a Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstan xüsusi təyinatlılarının imkanlarının artırılması planları prezident Kasım-Jomart Tokayevin tapşırıqlarının icrası ilə bağlıdır.

“Bununla əlaqədar olaraq, hərbi təhlükəsizliyə çağırış və təhdidlər, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən xüsusi təyinatlı qüvvələrin, ərazi qoşunlarının inkişafı yolu ilə ordunun döyüş potensialının artırılması, hərbi təlim keçmiş ehtiyatların xüsusi çəkisinin artırılması ilə bağlı tədbirlərə aydınlıq gətirilib”, - Kamaletdinov bildirib.

Qazaxıstan Müdafiə Nazirliyinin rəis müavininin sözlərinə görə, Qazaxıstanın hərbi strateji istiqaməti müasir şəraitə uyğunlaşdırılmalıdır.

QAZİLER.AZ

Diaspora