“BMW” və “Mercedes” avtomobil istehsalçıları 10 ildən sonra dəyişəcək, lakin brend kimi mövcud olmağa davam edəcəklər.
Qaziler.az bildirir ki, bunu “Autostat” agentliyinin avtomobil üzrə eksperti və icraçı direktoru Sergey Udalov NEWS.ru-ya bildirib. Onun sözlərinə görə, artıq Çin istehsalçılarından daha maraqlı təkliflər var.
“Mercedes və BMW marka olaraq qalacaq, məktəb olaraq qalacaq və fəaliyyətini davam etdirəcək. Onlar 10 ildən sonra dəyişəcəklər. Bəli, bu faktdır, onlar bunu etməlidirlər. Avtomobil dünyasında “Mercedes” və “BMW” əhəmiyyətli bir tarixə malikdir. Onlara kimin sahiblənəcəyi isə biznes və onun səmərəliliyi məsələsidir. “Mercedes” ərəb fondlarına məxsusdur. Aydındır ki, bu, brendlər üçün ən asan dövrlər deyil. Bəzi şeylərdə alman brendləri o qədər də geri qalmır, lakin çinlilər daha maraqlı şeylər təklif edirlər”, - deyə Udalov bildirib.
QAZİLER.AZ