Öldürülən “Sepah” generalı “Hizbullah”a silah tədarükünə məsul idi - KİV - FOTO

Öldürülən “Sepah” generalı “Hizbullah”a silah tədarükünə məsul idi - KİV - FOTO backend

Suriyada zərərsizləşdirilmiş İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Rza Musəvi “Hizbullah” partiyasının birləşmələrini silahla təmin etməkdən məsul idi.

“Report” xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.

Nəşr qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi İsrail Hərbi Hava Qüvvələrinin hava hücumunda mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Qəzet eyni zamanda ordunun adətən Suriyadakı bu cür əməliyyatları şərh etmədiyini bildirib.

“The Times of Israel” Musəvinin İran və Suriya arasında hərbi əməkdaşlığı koordinasiya etmək və “Hizbullah”a silah tədarük etməkdən məsul olduğunu göstərir. Eyni zamanda, nəşrin məlumatına görə, o, Amerika pilotsuz uçan aparatının hücumu nəticəsində zərərsizləşdirilmiş “Sepah”ın “Qüds” qanadının keçmiş komandiri Qasım Süleymaniyə yaxın olub.

Daha öncə İranın “Tasnim” agentliyi general Musəvinin Suriya paytaxtının cənubundakı şiələrin yaşadığı Seyidə-Zeynəb bölgəsinə İsrail hərbi hava qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü bildirib. Həmin an onun olduğu evə üç raket atılıb.

Diaspora