Kanadanın baş naziri Castin Trüdo Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə yenidən onunla işləməyə hazır olduğunu, lakin respublikaçıların seçkilərdə qələbə qazanmasının Kanada və digər ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərinə zərər verə biləcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı CBC televiziyasına müsahibəsində bildirib.
“İdarəetmədən asılı olmayaraq, ABŞ ilə işləmək həmişə problemdir” Trüdo deyib.
Eyni zamanda, baş nazir xatırladıb ki, Trampın prezidentliyi dövründə Vaşinqton və Ottava bir çox məsələləri həll edə, o cümlədən yeni ticarət sazişi bağlaya biliblər.
QAZİLER.AZ