İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada bir qrup hərbi məsləhətçiyə rəhbərlik edən iranlı general Razi Musəvinin ölümünə görə İsraildən qisas alacağı ilə hədələyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalı xəbər verib.
İran bildirib ki, İsrail hərbi hava qüvvələrinin Dəməşqə endirdiyi zərbələr nəticəsində ordunun elit bölmələrinin yüksək rütbəli komandirlərindən biri həlak olub.
“İsrailin işğalçı qurumu bu cinayətin bədəlini ödəyəcək”, – SEPAH-ın bəyanatında deyilib.
İran prezidenti İbrahim Rəisi də SEPAH-ın hərbi müşavirinəqarşı cinayətin əvəzini İsrailin “qaçılmaz olaraq ödəyəcəyini” deyib. Onun sözlərinə görə, Musəvinin ölümü yəhudi dövlətinin bölgədəki vəziyyətə nəzarət etməkdə acizliyinin növbəti sübutudur.
QAZİLER.AZ