Rusiya prezidenti Vladimir Putin zarafatla belaruslu həmkarı Aleksandr Lukaşenkonu acgözlük etməməyə və Rusiyaya toyuq yumurtası verməyə çağırıb.
Qaziler.az bildirir ki, bununla bağlı kadrları “Smotri” teleqram kanalı yayıb. Avropa İqtisadi Birliyinin sammitində çıxış edən Belarus rəhbəri qeyd edib ki, ölkəsi demək olar ki, 100 faiz öz istehsalı olan məhsullarla təmin olunub.
Lukaşenkonun sözlərinə görə, Belarus müxtəlif növ məhsullara daxili tələbatı ödəyir. Prezident toyuq yumurtasından əlavə taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağlarını da qeyd edib.
Bizə də bir az verin! Xəsislik etməyin”, - Putin zarafatla qarşılıq verib.
Qeyd edək ki, noyabrda Rusiyada yumurtanın əvvəlki ayla müqayisədə 15,07% bahalaşdığı bildirilib. İlin əvvəlindən isə bu məhsulun maya dəyəri 36,54% artıb.
QAZİLER.AZ