Moskva Dövlət Universitetinin Hüquq fakültəsi qızılca xəstəliyinə görə karantinə alınıb. Qərarı universitet rəhbərliyi tələbələrdən birinə qızılca diaqnozu qoyduqdan sonra verib.
Qaziler.az xəbər verir ki, Universitetin mətbuat xidmətindən “NEWS.ru”ya verilən məlumata görə, universitetdə epidemioloji tədbirlərə başlanılıb. Təmasda olan şəxslərin dairəsi müəyyən edilib, xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb.
Universitet rəhbərliyi əlavə edib ki, Moskva Dövlət Universitetinin Tibbi Tədqiqat və Tədris Mərkəzi ikiqat qızılca peyvəndi və ya əvvəllər xəstəliyi barədə məlumatı olmayan tələbə və müəllimləri peyvənd edir.
Həmçinin tələbələr 11 yanvar 2024-cü il tarixinədək distant təhsil formatına keçirilib.
QAZİLER.AZ