Rusiyanın Moskva vilayətində soyğunçular fərdi yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayıblar.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, oğrular müşahidə kameralarına düşüblər.
Hadisə dekabrın 22-də Qorki kəndində baş verib. Zirzəmidən evə daxil olan iki quldur daha sonra seyfdən pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
“Oğrular üçüncü mərtəbədəki yataq otağında olan pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Dəyən maddi ziyan 1 milyon rubldan çox olub”, - nəşrin həmsöhbəti bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri axtarır.
QAZİLER.AZ