“Mübarizə” tələbə təşkilatının təmsil etdiyi serb müxalifəti Belqradın mərkəzində daha bir küçəni bağlayıb.
Qaziler.az bildirir ki, bu barədə N1 telekanalı məlumat yayıb.
Xüsusilə etirazçılar şəhərin mərkəzində yerləşən Knez Miloş küçəsinin bir hissəsini bağlayıblar. Onların bu hərəkəti nəticəsində şəhərdə şəxsi avtomobillərdən və ictimai nəqliyyatdan tıxaclar yaranıb. Küçəni bağlayan etirazçıların ümumi sayı 500-ə yaxındır.
Serbiyada etirazlar “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi növbədənkənar parlament seçkilərinin nəticələrinə görə başlayıb. 23 faizdən çox səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Dekabrın 24-ü axşam saatlarında müxalifət nümayəndələri seçkinin nəticələrinin ləğvi tələbi ilə hökumət binasının olduğu küçəni bağlayıblar.
QAZİLER.AZ