Ukraynalı uşaqların öldürülməsinə çağıran Krasovski zəhərlənib

Ukraynalı uşaqların öldürülməsinə çağıran Krasovski zəhərlənib backend

Rusiyanın "Russia Today" telekanalının keçmiş direktoru Anton Kuznetsov-Krasovski zəhərlənib. Bu, ukraynalı uşaqları suda boğmağa çağıran həmin təbliğatçıdır.

Bu barədə RBC-Ukraynaya xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

Mənbənin dediyinə görə, "Russia Today" telekanalının rusdilli idarəsinin keçmiş rəhbəri Anton Kuznetsov-Krasovski xəstəxanaya yerləşdirilib.

Mənbənin sözlərinə görə, təbliğatçı “zəhərlənib”. Bununla belə, həmsöhbət Krasovskinin zəhərlənməsinin arxasında kimin ola biləcəyini açıqlamayıb.

Qeyd edək ki, Krasovskinin özü səhhətindəki problemlərdən danışıb; bir gün əvvəl o, Telegram kanalında xəstəxanada olduğunu deyib..

"Burada insanlar soruşdular: mən sağam, hər şey qaydasındadır? Yaxşı, nə deyim? Həftənin əvvəlində qəflətən sancılandım, xəstələndim, sonra huşumu itirdim. Məni klinikaya apardılar. Yavaş-yavaş özümə gəlirəm”, - deyə təbliğatçı yazıb.

QAZİLER.AZ

 

Diaspora