Hollivud aktyoru nəsli kəsilməkdə olan heyvan növlərinin - sayqanın sayının artması ilə bağlı ölkə hakimiyyətini təbrik edib.
Qaziler.az bildirir ki, bu barədə Vecher.kz xəbər verir.
Məşhur amerikalı aktyor və kinoprodüser Leonardo Di Kaprio sayqaların sayının artması münasibətilə Qazaxıstan hakimiyyətini təbrik edib. Bu barədə o, İnstaqram səhifəsində yazıb.
“Bu görünməmiş bərpa Qazaxıstanda sayqa populyasiyasının nəzərəçarpacaq dərəcədə qorunmasını əks etdirir. 2005-ci ildə cəmi 48 min fərd olan bu növ indi vəhşi təbiətdə böyüyərək 1,9 milyondan çox fərdə çatıb. Brakonyerliyə qarşı təşəbbüslərə, fəal hüquq-mühafizə orqanlarına və yeni qorunan ərazilərin yaradılmasına böyük sərmayə qoyan Qazaxıstan hökumətini təbrik edirəm”, - aktyor yazıb.
QAZİLER.AZ