Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən bütün şəxsləri sərbəst buraxıb

Fransa polisi terror aktı hazırlamaqda şübhəli bilinən bütün şəxsləri sərbəst buraxıb backend

Fransa polisi ölkədə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 5 nəfərin sonuncusunu həbsdən azad edib.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 25-də mənbəyə istinadən France Press məlumat yayıb.

"Mümkün terror hücumu planının mövcudluğunu yoxlamaq üçün aparılan istintaq çərçivəsində cümə günü Mert - Mozeldə saxlanılan beşinci gənc bazar günü axşam saatlarında həbsdən azad edilib".

Qeyd edildiyi kimi, saxlanılanlar arasında 20-23 yaş arası gənclər də olub. Lakin onların heç birinə qarşı ittiham irəli sürülməyib.

Xatırladaq ki, Fransanın şərqində terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfər saxlanılmışdı

Həbslər dekabrın 22-də günorta saatlarında Mert - Mozel departamentinin üç kommunasında eyni vaxtda həyata keçirilmişdi.

Beş şübhəlinin hamısı barədə həbs qətimkan tədbiri seçilmişdi.

QAZİLER.AZ

Diaspora