Serbiya Kosovaya hücum hazırlaşır - Kurti

Serbiya Kosovaya hücum hazırlaşır - Kurti backend

Sentyabrda dörd nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Serbiya təhlükəsizlik xidmətlərinin dəstəklədiyi silahlı şəxslər Albaniyada daha çox hücum həyata keçirmək üçün təlim keçiblər.

QAZILER.AZ. Axar.az-a istinaden  xəbər verir ki, bunu Kosovanın Baş naziri Albin Kurti deyib.

Kurti bildirib ki, sentyabr atışmasında iştirak etdiyini etiraf edən, yüksək səviyyəli Kosova serbi olan siyasətçi Milan Radoyçiç növbəti hücumlar planlaşdırır:

"İndi o, ölkəmizdə digər hücumlara hazırlaşmağa davam edir. O, Serbiyanın BİA məxfi xidmətinin yüksək vəzifəli şəxsləri ilə mütəmadi görüşlər keçirir".

Qeyd edək ki, Serbiya hökumətinin Kosovadakı missiyasının rəhbəri Petar Petkoviç Kurtinin bəyanatının yalan olduğunu bildirib.

Diaspora