ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, söhbət zamanı B.Netanyahu ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə minnətdarlığını bildirib.
Bildirilib ki, C.Bayden fələstinlilər arasında ölənlərin sayının artması və Qəzza zolağında humanitar böhrandan narahatlığını ifadə edib. Qeyd olunub ki, ABŞ prezidenti mülki şəxslərin, o cümlədən humanitar yardım göstərənlərin qorunmasının kritik zərurətini və aktiv hərbi əməliyyatlar aparılan ərazilərdən mülki şəxslərin təhlükəsiz hərəkətinin təmin edilməsinin vacibliyini vurğulayıb.