Lapşin: "Bakının Ermənistandakı casusları onlardır"

Lapşin: "Bakının Ermənistandakı casusları onlardır" backend

Aleksandr Lapşin Ermənistandakı rus sərhədçiləri azərbaycanlılara məlumat sızdırmaqda ittiham edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, israilli bloger, Ermənistanın "böyük dostu" Aleksandr Lapşin İrəvanın hava limanında Rusiya sərhədçiləri tərəfindən həyata keçirilən miqrasiya nəzarəti faktını tənqid atəşinə tutub.

“Bu barədə düşünməyə bilmirəm. Təl-Əvivdə sərhəd nəzarəti kabinələrində əyləşənlər İsrail miqrasiya polisi yox, məsələn, çinlilər, amerikalılar, argentinalılar olsaydı, mən nə hiss edərdim?" – deyə Lapşin vurğulayıb.

“Bir ölkəyə giriş-çıxışa bu ölkənin hakimiyyət orqanlarından başqa heç kimin nəzarət etmək hüququ yoxdur. Amma mən Ermənistanın paytaxtı İrəvandan uçarkən mütəmadi olaraq rus sərhədçilər, daha doğrusu, slavyan görünüşlü ruslar tərəfindən aparılan pasport yoxlamasından keçirəm. Bəs giriş-çıxış zamanı sərhədçiyə verilən məlumatlar hara ötürülür? Çox yaxşı bilirəm ki, Ermənistan sərhədini keçməyimiz barədə məlumatlar Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə açıqdır”, – Lapşin deyib.

“Azərbaycan təhlükəsizlik qüvvələrinin əlində Ermənistana səfər etmiş yüzlərlə digər sərnişinin, yəni həm Ermənistan vətəndaşlarının, həm də turistlərin məlumatları var. Bütün məlumatları isə Rusiya Federasiyası alır. Rusiyanın əldə etdiyi məlumatların bundan sonra hara ötürüldüyünü təxmin etmək çətin deyil”, – Lapşin fikirlərini yekunlaşdırıb.

 

 

Diaspora