Türkiyənin "Anadolu" agentliyinin Suriyanın Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla həlak olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, S. Mahmud içərisinə bomba yerləşdirilmiş avtomobil vasitəsilə törədilən terror hücumu zamanı ölüb. Terror aktının "İŞİD" tərəfindən törədildiyi bildirilir.
S. Mahmud bir müddət əvvəl Hələbin Cəmiyyət-əl Zəhra rayonundakı döyüşləri işləyərkən də üzündən yaralanmışdı.
Agentlik qeyd edib ki, Salih Mahmud Hələbə bir il əvvəl göndərilib.