Ukrayna hökuməti 17 yaşından vətəndaşlara məcburi ümumi hərbi hazırlığı tətbiq etmək niyyətindədir.
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı, parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Vadim İvçenko bildirib.
"17 yaşdan 20 yaşa qədər icbari təhsil tətbiq olunacaq", - deputat bildirib.
Deputatın sözlərinə görə, ötən illərdə Ukraynada analoji çağırışaqədərki hazırlıq keçirilib, həmin təlimlərdə gənclərə bədən tərbiyəsi kursları, atıcılıq hazırlığı və s. keçilib.
QAZİLER.AZ