Ukraynada döyüş meydanındakı real vəziyyətə susurlar.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin baş redaktorunun müavini Paul Ronzheimer “X” sosial şəbəkəsində məlumat verib.
Jurnalist Ukraynada üç gün qalıb və bundan sonra əmin olub ki, rəsmi açıqlamalar mediada təqdim olunan şəklə daha az uyğun gəlir. Onun sözlərinə görə, döyüşçü, sursat çatışmazlığı, eləcə də Rusiyanın cəbhədəki üstünlüyü yalnız bağlı qapılar arxasında dilə gətirilir.
Ronzheimer hesab edir ki, Ukrayna öz problemlərini vicdanla etiraf etməlidir, əks halda zaman Rusiyanın xeyrinə oynayacaq.
QAZİLER.AZ