Ukraynanın Antiinhisar Komitəsinin rəisi Maksim Sandıqa təyinatından 4 gün sonra vəzifəsindən azad edilib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, müvafiq sərəncamı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.
“Maksim Viktoroviç Sandıqa Ukrayna Antiinhisar Komitəsinin dövlət komissarı vəzifəsindən azad edilsin”, – sərəncamda qeyd edilib.
Sənəd dekabrın 22-nə aiddir. Qeyd edilib ki, Sandıqa bu vəzifəyə dekabrın 18-də təyin edilib. İşdən çıxarılma səbəbləri isə açıqlanmır.
2021-ci ildən Sandıqa Ukraynada Donetsk Regional Dövlət Administrasiyası sədrinin müavini vəzifəsində çalışıb.
QAZİLER.AZ