Türkiyədə müxalifət lideri Ərdoğana 1,7 min dollar təzminat ödəyəcək

Türkiyədə müxalifət lideri Ərdoğana 1,7 min dollar  təzminat ödəyəcək backend

Məhkəmə Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özə “şəxsi hüquqlarının pozulmasına” görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 1,7 min dollardan çox mənəvi təzminat ödəməyə məcbur edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkədəki səhifəsində məlumat verib.

Siyasətçi bundan əvvəl Cümhuriyyət Xalq Partiyasının keçmiş lideri Özgür Özeldən 2,23 min dollar alıb.

Qeyd edilib ki, noyabrın 5-də Kamal Kılıçdaroğlu Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsini Özələ verib.

Kılıçdaroğlu 13 ildən çox başqan vəzifəsində çalışıb. Amma partiyanın qurultayında keçirilən səsvermə zamanı o, lazımi dəstəyi ala bilməyib. Manisa vilayətindən olan millət vəkili Özgür Özəl 811 səslə müxalifətin yeni lideri olub.

QAZİLER.AZ

Diaspora