Rusiyada müsəlmanlara kriptovalyutadan istifadə etməyə icazə verilib

Rusiyada müsəlmanlara kriptovalyutadan istifadə etməyə  icazə verilib backend

“Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası internet texnologiyalarının inkişafını dəstəkləyir və buna görə də kriptovalyutadan istifadəni məqbul hesab edir”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin müavini İldar Alyautdinov “RİA Novosti”yə bildirib. Eyni zamanda qeyd edilib ki, İslam dininin tərəfdarları fətvada verilən bir sıra tələblərə əməl etməlidirlər.

İslam ümməti üçün hazırda kriptovalyutadan istifadə məsələsi çox aktualdır. Üləmalar Şurası insanların həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olan internet texnologiyalarının inkişafına dəstək verir. İclasın qəbul etdiyi fətvada deyilir ki, kriptovalyuta ilə ticarət və investisiyaya bir sıra tələblər nəzərə alınmaqla icazə verilir”, - Alyautdinov izah edib.

Kriptovalyutanın istifadəsi ilə bağlı qərar Müsəlmanlar Şurasının Moskvada keçirilən iclasında qəbul edilib. Onunla birlikdə Türkiyə, İordaniya və Misirin aparıcı ilahiyyatçıları da iştirak ediblər.

QAZİLER.AZ

Diaspora