ABŞ Maliyyə Nazirliyi rus qızılbalığı, morina balığı və xərçəngin idxalını qadağan etmək qərarına gəlib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, məhdudiyyətlər Rusiya Federasiyasında tam və ya qismən əldə edilmiş digər dəniz məhsullarına da şamil edilib.
“Qadağa tamamilə və ya qismən Rusiya Federasiyasında istehsal edilmiş və ya Rusiya Federasiyasının yurisdiksiyasındakı sularda və ya Rusiya bayrağı altında üzən gəmilər tərəfindən tutulan balıq, dəniz məhsulları və onların hazırlanmasının aşağıdakı kateqoriyalarına şamil edilir: qızılbalıq (somon), treska (morina), mintay balığı və xərçəng”, - sənəddə bildirilib.
QAZİLER.AZ