Makron Fransanın Qəzzadan olan uşaqları müalicə üçün qəbul etməyə hazır olduğunu açıqlayıb

Makron Fransanın Qəzzadan olan uşaqları müalicə üçün qəbul etməyə hazır olduğunu açıqlayıb backend

Fransa prezidenti Emmanuel Makron da Parisin İordaniya ilə koordinasiyada anklava göndərilən humanitar yardımın həcmini artırmaq istəyini açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə "Petra" agentliyi məlumat yayıb.

"Fransa xərçəng xəstəliyindən əziyyət çəkən və Qəzza zolağından təxliyə edilmiş uşaqları müalicəyə qəbul etməyə, digər Avropa ölkələri də fələstinli uşaqlara yardım göstərməyə hazırdır". Bu sözləri Fransa prezidenti Emmanuel Makron Əmmana səfəri zamanı İordaniya kralı II Abdullah ilə görüşündə deyib.

TASS agentliyinin məlumatına görə, Makron həmçinin ölkəsinin İordaniya ilə koordinasiyada Qəzza zolağına göndərilən humanitar yardımın həcmini artırmaq istəyini açıqlayıb və anklavla sərhəddə onun vasitəsilə humanitar ləvazimatların çatdırıla biləcəyi ikinci "Kerem-Şalom" keçid məntəqəsinin açılmasını alqışlayıb

QAZİLER.AZ

Diaspora