Çinli general ABŞ-ı hərəkətlərində diqqətli olmağa çağırıb

Çinli general ABŞ-ı hərəkətlərində diqqətli olmağa çağırıb backend

Çinli general Liu Çjenli ABŞ-ı ehtiyatlı davranmağa çağırıb.

Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general Liu Çjenli bildirib ki, ABŞ söz və hərəkətlərində diqqətli olmalıdır.

Qaziler.az Ria-Novosti-yə istinadən bildirir ki, bu barədə onun ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun ilə videokonfransında çıxışı zamanı deyib.

Liu Çjenli qeyd edib ki, ABŞ tərəfinin Çini düzgün başa düşməsi Çin və ABŞ hərbçiləri arasında sağlam, sabit və davamlı münasibətlərin inkişafının açarıdır.

QAZİLER.AZ

Diaspora