Çexiya Prezidenti Ukraynanın müharibədə uduzacağı təqdirdə Avropanı gözləyən təhlükədən DANIŞIB

Çexiya Prezidenti Ukraynanın müharibədə uduzacağı təqdirdə Avropanı gözləyən təhlükədən DANIŞIB backend

Avropa ölkələri “müharibə yorğunluğundan” danışmamalıdır, bunu yalnız müharibə edən tərəflərin demək hüququ var.

Qaziler.az bildirir ki, bunu bunu Çexiya Prezidenti Petr Pavel Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.

“Düzünü desəm, “yorğunluq”dan ancaq Ukrayna və Rusiya danışa bilər... Biz ölkələrimiz üçün deyə bilərik ki, biz bu müharibəyə öyrəşmişik, amma yorulmuruq, şəhərlərimiz bombalanmır, vətəndaşlarımız öldürülmür. Yalnız yük Ukraynaya yardımla bağlıdır: "Bu, qaçqınların qəbulu və rahatlığın müəyyən dərəcədə azalmasıdır. Biz əziyyət çəkmirik", - Çexiya lideri qeyd edib.

Eyni zamanda, o qeyd edib ki, əgər bəzi siyasətçilər məsuliyyətsiz şəkildə inflyasiyadan və ya enerji qiymətlərinin yüksəlməsindən istifadə edərək seçiciləri Ukraynaya yardımın əleyhinə çıxarsa, Avropanın ciddi problemləri olacaq.

“Biz həmvətənlərimizə Ukraynaya kömək etməyin bizim marağımızda olduğunu söyləmək üçün cəsarətli olmalıyıq”, Pavel qeyd edib.

QAZİLER.AZ

Diaspora