Ağ Ev Rusiyanı Suriyadakı addımlarına görə hədələdi

Ağ Ev Rusiyanı Suriyadakı addımlarına görə hədələdi backend

Rusiya İŞİD -ə qarşı mübarizəyə konstruktiv tövhə verməsə belə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terror qruplaşmasına qarşı addımlarını davam etdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.



“Rusiyanın İŞİD –lə mübarizəyə konstruktiv tövhə versə biz bunu alqışlayardıq. Lakin, buna baxmayaraq, biz bu dəstəyi almasaq belə, koalisiyanın əməliyyatları davam etdiriləcək”, deyə o bildirib.

Coş Ernest Rusiyanı Suriyadakı addımlarına görə daha geniş beynəlxalq təcridlə hədələyib. “Nəticədə Rusiya daha geniş şəkildə vətəndaş müharibəsinə cəlb olunacaq”, deyə o bildirib.
Diaspora