Praqa Universitetində baş verən atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

Praqa Universitetində baş verən atışmada ölənlərin sayı artıb  - YENİLƏNİB backend

Praqanın (Çexiya) mərkəzi hissəsində bu gün, dekabrın 21-də atışma baş verib. Ölən və yaralananlar barədə ilkin məlumat verilir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çexiya polisinə istinadən məlumat yayıb.

“Hazırda biz Yan Palax meydanındakı məktəbdə atışma ilə bağlı xəbərlə məşğuluq”, - məlumatda deyilir.

Polis aydınlaşdırıb ki, bütün Yan Palax meydanı və ətrafı tamamilə bağlanıb.

"Vyzýváme občany, aby se v blízkém okolí nezdržovali a nevycházeli z domu. Zásah policie stále pokračuje. pic.twitter.com/OHnSsq4G5f

— Policie ČR (@PolicieCZ) December 21, 2023"

“İlkin məlumat kimi, hadisə yerində ölən və yaralıların olduğunu təsdiqləyə bilərik”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər.

Polis atəş açan şəxsin məhv edildiyini bildirib.

"Hazırda bütün bina boşaldılır; hadisə yerində bir neçə ölən və onlarla yaralı var", - polis əlavə edib.

Praqanın tibbi xilasetmə xidməti bu gün Praqada hücum edən də daxil olmaqla 11 nəfərin həlak olduğunu bildirib.

Təxminən 25 nəfər də yaralanıb:

9 nəfər ağır yaralanıb;
5-6 nəfər orta dərəcəli bədən xəsarətləri alıb;
10-a qədər yüngül yaralanıb.
"Rəqəmlər hələ də dəyişə bilər" deyə səhiyyə xidməti əlavə edib.

Ölənlərin sayı artıb
Çexiya polis rəisi Martin Vondraşek bildirib ki, Praqanın mərkəzindəki Çarlz Universitetinin incəsənət fakültəsində baş verən atışma nəticəsində azı 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

QAZİLER.AZ

 

Diaspora