Niderland Ukrayna üçün 2 milyard avrodan çox ilk dəstək paketi ayırdığını açıqlayıb

Niderland Ukrayna üçün 2 milyard avrodan çox ilk dəstək paketi ayırdığını açıqlayıb backend

Niderland hökuməti 2024-cü ildə Ukraynaya ilk dəstək paketi çərçivəsində humanitar yardım və fövqəladə ehtiyaclar üçün 102 milyon avro ayırır. Məbləğ ölkə hakimiyyətinin saxladığı 2 milyard avrodan çox yardımın bir hissəsidir.

Bu barədə RBC-Ukrayna Niderland hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

102 milyon avroluq bu ilk tranş gələn ilin ilk 4 ayı üçün “Ukraynanın qışdan sağ çıxmasına və yaza hazırlaşmasına kömək etmək” üçün ayrılıb”, - deyə məlumatda bildirilir.

"Davam edən müharibə Ukrayna cəmiyyətinə və iqtisadiyyatına ziyan vurmaqda davam edir. Ona görə də ehtiyaclar əvvəlki kimi böyük olaraq qalır", - məlumatda deyilir.

QAZİLER.AZ

 

 

Diaspora