Şanlıurfanın Siverek rayonunda məktəbdə yemək yedikdən sonra xəstələnən 145 şagird xəstəxanaya yerləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayondan 55 kilometr aralıda yerləşən Çıkrık rayonundakı Şehit Hamit İris Orta Məktəbi və Şehit Orhan İrkarlı İbtidai məktəbində nahar edən şagirdlərdən bəziləri bir müddət sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə məktəb rəhbərliyinə müraciət ediblər.
Bunun üzərinə ilkin təsbitlərə görə 145 şagird təcili yardım, tələbə xidmətləri və valideynlər tərəfindən Siverek və Diyarbəkirdəki xəstəxanalara aparılıb.
Araşdırmalar aparılır.
QAZİLER.AZ