Finlandiya Ukraynaya 106 milyon avro dəyərində daha bir hərbi yardım paketi göndərəcək.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu qərarı dekabrın 21-də ölkə prezidenti Sauli Niiniste təsdiqləyib. Bu, artıq Helsinkinin Kiyevə verdiyi 21-ci hərbi yardım paketidir. Müdafiə naziri Antti Kaikkonen: "Təchiz etdiyimiz müdafiə avadanlığı paketlərinin ümumi dəyəri 1,6 milyard avrodur" - deyib.
QAZİLER.AZ